Pezeşkian: İnqilabdan öncə hicabsız qızlar çox ləyaqətli idi
Bir neçə gün öncə İran prezidenti Məsud Pezeşkian Qəzvin əyalətinə səfəri zamanı inqilabdan əvvəlki universitet mühitindən danışıb.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
O, bildirib ki, həmin dövrdə bir çox qız öyrənciıər hicab taxmırdı, ancaq buna baxmayaraq yüksək şəxsiyyət və nümunəvi davranış sərgiləyirdilər.
“İnqilabdan əvvəl universitetdə oxuduğumuz vaxt bir çox qız tələbə hicablı deyildi, amma çox şəxsiyyətli idi. Heç bir qız özünü başqa cür göstərə bilməzdi. O vaxt kimsə onlara söz deyə və ya hörmətsizlik edə bilməzdi”, - deyə, prezident vurğulayıb.
Prezidentin bu açıqlaması ölkədə geniş müzakirələrə yol açıb. Bir çox insanlar Pezeşkiyanın xatırlatdığı dövrün tələbə həyatının və davranışlarının müsbət tərəflərini qiymətləndirir, bəziləri isə müasir vəziyyətlə müqayisədə fikirlərini bölüşürlər.
19:20 22.11.2025
Oxunuş sayı: 3455