Paşinyan: Konstitusiya daxili legitimliyi gücləndirəcək
Ermənistanın baş naziri Nikol Paşinyan qapalı iclasda bildirib ki, ölkənin daxili legitimliyinin möhkəmləndirilməsi prinsipial məsələdir və bu, yeni Konstitusiyanın qəbulunda öz əksini tapmalıdır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir, Paşinyan çıxışında beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün qorunması hüququndan və yeni Konstitusiyanın qəbulunun zəruriliyindən danışıb.
Baş nazir həmçinin vurğulayıb ki, silah və texnika əldə etmək imkanları, müdafiə texnologiyalarına çıxış bir neçə dəfə artıb və daxili legitimliyin gücləndirilməsi bu prosesdə əsas rol oynayır.
Nigar Yahyazadə
18:15 22.11.2025
Oxunuş sayı: 2640