Vens: Daha çox silah Ukraynaya qələbə gətirməyəcək
ABŞ-nin vitse-prezidenti J.D. Vens bildirib ki, Ukraynaya daha çox silah və vəsait vermək, eləcə də Rusiyaya əlavə sanksiyalar tətbiq etmək Kiyevin münaqişədə qalib gələcəyini təmin etmir.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, o bildirib ki, bu, sadəcə “illüziya”dır.
Vens X hesabında yazıb ki, sülhə yalnız real vəziyyəti düzgün anlayan insanlar nail ola bilər. O vurğulayıb ki, ABŞ-nin yeni sülh planına edilən tənqidlər əsasən yanlış təsəvvürlərdən qaynaqlanır. Vitse-prezident əlavə edib ki, istənilən həll yolu həm Ukrayna, həm də Rusiya üçün qəbulolunan olmalı və müharibənin yenidən başlayacağı riski minimuma endirilməlidir.
16:28 22.11.2025
Oxunuş sayı: 3209