Lukaşenko 31 ukraynalını əfv edib
Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ prezidenti Donald Tramp ilə əldə edilən razılaşmalar çərçivəsində 31 Ukrayna vətəndaşını əfv edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Roma Papasının xahişi nəzərə alınaraq iki katolik keşiş də əfv olunanlar sırasında yer alıb.
Rəsmi Minsk hadisənin humanitar xarakter daşıdığını və qarşılıqlı razılaşmaların bir hissəsi olduğunu bildirib.
Nigar Yahyazadə
15:45 22.11.2025
Oxunuş sayı: 3040