ATƏT PA nümayəndə heyəti Ermənistana səfər edəcək
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Parlament Assambleyasının sədr müavini və qurumun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Luis Qrasa rəhbərlik etdiyi nümayəndə heyəti 22–26 noyabr tarixlərində Ermənistana səfər edəcək. Bu barədə erməni KİV-ləri məlumat yayıb.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, nümayəndə heyətini Ermənistan Milli Məclisinin Xarici əlaqələr daimi komissiyasının sədri Sarqis Xandanyan qəbul edəcək.
Pərvin Hacıyeva
14:55 22.11.2025
Oxunuş sayı: 2746