HƏMAS atəşkəsin ikinci mərhələsini həyata keçirməyə maraqlıdır
HƏMAS təşkilatı İsraillə atəşkəs razılaşmasının ikinci mərhələsini reallaşdırmaq istəyir. Təşkilatın döyüşçüləri İsraillə bəzi kompromis qərarlarına nail olma imkanını görür, eyni zamanda Qəzzaya uzunmüddətli nəzarəti saxlamağı planlaşdırır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, HƏMAS başa düşür ki, tam silahsızlanma reallaşmayacaq və vasitəçi ölkələrlə aktiv danışıqlar apararaq məqsədlərinə çatmağa çalışır. Təşkilat həmçinin Qəzza sektorunda davam edən münaqişədə İsrailin hərbi motivasiyasının zəifləməsini gözləyir.
Təxmin edilir ki, atəşkəsin ikinci mərhələsində HƏMAS Rafiya keçid məntəqəsinin hər iki istiqamətdə açılmasını və İsrail qoşunlarının Qəzza sektorundan çıxarılmasını tələb edəcək. Bu isə təşkilata ərazi üzərində nəzarəti genişləndirməyə imkan verəcək.
Əvvəlki məlumatlara görə, İsrailin Təhlükəsizlik Kabineti nazirləri HƏMAS-ın cənubdakı mövqelərinin güclənməsini nəzərə alaraq Qəzza sektorunda yeni hərbi əməliyyatı ciddi şəkildə nəzərdən keçirir. Müdafiə nazirliyi nümayəndələri iclasda təşkilatın hərbi və siyasi fəaliyyətində əhəmiyyətli artım olduğunu bildirən hesabat təqdim edib.
Nigar Yahyazadə
15:25 22.11.2025
Oxunuş sayı: 2877