Suriya ordusu Rakka vilayətində atəşkəs elan edib
Suriya Müdafiə Nazirliyi və Suriya Demokratik Qüvvələri (PKK/YPG terror təşkilatı) Suriyanın şimalında Rakka vilayətinin şərq hissəsində bir neçə gün davam edən qarşıdurmalardan sonra növbəti atəşkəs elan edib.
Bu barədə Crossmedia.az “Step News”-a istinadən xəbər verir.
Mənbələrin bildirdiyinə görə, beynəlxalq koalisiya ilə koordinasiyada keçirilən görüşdə SDQ rəhbərliyi Suriya ordusundan yuxarıda adı çəkilən bölgədə bu yaxınlarda ələ keçirdiyi mövqelərdən geri çəkilməsini tələb edib və buna rədd cavabı verilib.
15:05 22.11.2025
Oxunuş sayı: 3677