İran beynəlxalq yardıma çağırır
İranın şimalında, Xirkani meşələrində bir neçə gündür davam edən böyük yanğın, Mazandaran əyalətinin dağlıq Elit bölgəsində yenidən güclənib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, yanğınların genişlənməsi və təhlükənin artması səbəbindən İran hökuməti beynəlxalq icmadan yardım istəyi ilə müraciət edib. Ekspertlər bildirirlər ki, yanğınların qarşısını almaq və bölgədə ekoloji fəlakəti önləmək üçün beynəlxalq dəstək vacibdir.
Nigar Yahyazadə
14:50 22.11.2025
Oxunuş sayı: 2733