Ərdoğan: Türkiyə Şimali Kipr Türk Cümhuriyyətini heç vaxt tək qoymayacaq
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin 42-ci ildönümü münasibətilə təbrik məktubunda bildirib ki, Türkiyə Şimali Kipr Türk Cümhuriyyətini heç vaxt tək qoymayacaq.
Crossmedia.az bu barədə TRT Haber-ə istinadən xəbər verir.
"Milli mübarizəmiz Kipri heç vaxt tək qoymayacaq və biz Kipr türk xalqı ilə bütün sahələrdə həmrəyliyimizi gücləndirməyə davam edəcəyik", - Türkiyə lideri qeyd edib.
16:16 15.11.2025
Oxunuş sayı: 1360