Rusiya Ukrayna hərbi aerodromuna zərbə endirdiyini açıqlayıb
Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi hərbi aerodromun Rusiya qüvvələri tərəfindən vurulduğunu bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, aerodroma əməliyyat-taktiki aviasiya, hücum PUA-ları, raket qoşunları və artilleriya vasitələri ilə zərbələr endirilib.
Nazirlik həmçinin Ukrayna hərbi-sənaye kompleksini dəstəkləyən enerji infrastrukturu obyektinin də hədəfə alındığını açıqlayıb. Bundan başqa, 152 müxtəlif rayonda Ukrayna hərbçilərinin və xarici muzdluların müvəqqəti yerləşdiyi məntəqələr vurulub. Departament pilotsuz qayıqların və PUA-ların yığılması üçün istifadə olunan yerlərin də məhv edildiyini qeyd edib.
Nəzrin Abbas
15:45 15.11.2025
Oxunuş sayı: 1534