Estoniya Ukraynanın Starlink xərclərini qarşılayacaq
Estoniya Müdafiə Nazirliyi Starlink peyk internet sistemlərinin alınması və texniki xidmətinin təmin edilməsi üçün Ukraynaya 3,5 milyon avro ayırdığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumat nazirliyin rəsmi saytında yayımlanıb.
Estoniyanın müdafiə naziri Hanno Pevkur bildirib ki, Ukraynanın yüksəksürətli internetə ehtiyac duyan dron bölmələrinin sayını artırmaq niyyəti fonunda Starlink sistemləri xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Kiyev Estoniyadan məhz bu sistemlərin tədarükü və dəstəyi üçün maliyyələşmə istəyib. Pevkur əlavə edib ki, rabitə sistemlərinə maliyyə dəstəyi Ukrayna üçün kritik əhəmiyyətli yardımdır.
Nəzrin Abbas
15:31 15.11.2025
Oxunuş sayı: 1297