Trampdan 5 milyon dollarlıq məhkəmə hədəsi: BBC-yə qarşı
ABŞ Prezidenti Donald Tramp Britaniya Yayım Korporasiyasını (BBC) sözlərini təhrif etməkdə ittiham edərək, gələn həftə məhkəməyə verəcəyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Xəbərdə bildirilib ki, Tramp bu addımı atmağın zəruri olduğunu bildirib. Çünki, kanal tamaşaçıları aldatdığını özü etiraf edib.
Daha əvvəl BBC qalmaqalı fonunda Britaniyanın baş naziri Keir Starmerə zəng etməyi planlaşdıran Tramp, Starmerin epizoddan utandığını qeyd edib. BBC-nin baş direktoru Tim Davie və baş xəbər direktoru Debora Turness isə müvafiq olaraq istefa veriblər.
Nəzrin Abbas
14:13 15.11.2025
Oxunuş sayı: 1546