Polşa-Belarusla sərhədini açacaq
Belarus Dövlət Gömrük Komitəsi Polşa ilə sərhəd-keçid məntəqələrinin açılacağını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumat Telegram-da yayılıb. Qeyd edilib ki, noyabrın 17-si saat 02:00-dan (Belarus vaxtı) Polşanın “Kuznica-Białostocka” və “Bobrovniki” buraxılış məntəqələri fəaliyyətə başlayacaq.
Məlumata görə, müvafiq fərman Polşanın daxili işlər və administrasiya naziri Marçin Kervinski tərəfindən noyabrın 14-də imzalanıb. Qeyd olunur ki, oktyabrın sonunda Litva Belarusla sərhədi bağlamış və məhdudiyyətlər noyabrın 30-u gecə yarısına qədər qüvvədə olacaq.
Nəzrin Abbas
13:30 15.11.2025
Oxunuş sayı: 1173