WarGonzo: Qarabağa səfər etmiş müxbirimizi Ermənistandan çıxarmağa hazırlaşırlar
İrəvan hava limanında “WarGonzo” layihəsinin jurnalisti Dmitri Selezyovun Ermənistana girişi rədd edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə layihə məlumat yayıb.
“O, ailəsi ilə birlikdə istirahət üçün Ermənistana yollanmışdı. Detallar dəqiqləşdirilir, müxbirimiz geri uçuşu və Ermənistan xüsusi xidmət orqanlarının qərarı əsaslandıran sənədləri gözləyir”, - deyə məlumatda qeyd edilir.
Bildirilir ki, Dmitri bir neçə dəfə Qarabağa səfər edib, 2020-ci il müharibəsi zamanı hərbi müxbir kimi çalışıb və siyasi prosesləri işıqlandırmaq üçün mütəmadi olaraq Ermənistana gəlmişdi.
“Uzun müddətdən sonra ilk dəfədir ki, tanınmış rus jurnalistinin Ermənistana girişi rədd olunur və bu, şübhəsiz ki, Rusiyaya qarşı qeyri-dost addım kimi qiymətləndirilə bilər”, - deyə məlumatda qeyd olunur.
09:13 15.11.2025
Oxunuş sayı: 1014