Yaponiya ABŞ-yə məxsus nüvə silahlarını ölkəyə gətirməyə hazırlaşır
Yaponiyanın Baş naziri Sanae Takaiçi ölkə təhlükəsizliyi ilə bağlı yeni və çox mübahisəli bir addıma işarə edib. O, ABŞ-yə məxsus nüvə silahlarının Yaponiyada yerləşdirilməsi ideyasını dəstəklədiyini bəyan edib.
Bu barədə Crossmedia.az “Mainichi” qəzetinə istinadla xəbər verir.
Sanae Takaiçi hazırda qüvvədə olan və Yaponiyanın nüvə silahlarını əldə etməsini, istehsal etməsini və ölkə ərazisində yerləşdirilməsini qadağan edən üç qeyri-nüvə prinsipinə yenidən baxılması ilə bağlı müzakirə başlatmağı planlaşdırır.
Türkanə Məşədiyeva
09:06 15.11.2025
Oxunuş sayı: 1178