BƏƏ sularında neft tankeri İran istiqamətinə yönəldilib
Bu gün Britaniyanın Dəniz Ticarət Təşkilatı (UKMTO) xəbər verib ki, BƏƏ-dən Sinqapura gedən Marşal Adaları bayrağı altında üzən neft tankeri Xor Fakkan limanından 22 dəniz mili şərqdə qəfildən kursunu dəyişərək İranın ərazi sularına doğru hərəkət edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Hadisə zamanı tankera üç kiçik qayıq yaxınlaşıb, daha sonra gəmi Oman körfəzinə daxil olub. Britaniyanın dəniz təhlükəsizliyi şirkəti “Ambrey” insidenti “yüksək ehtimalla hədəfə alınmış” hadisə kimi qiymətləndirib.
Əvvəlcə “şübhəli hadisə” olaraq qeyd olunan vəziyyət daha sonra təhlükəsizlik insidenti kimi təsnif edilib. Qeyd edilir ki, daha əvvəl Hörmüz boğazında İranın Marşal Adaları bayraqlı bir gəmini ələ keçirdiyi barədə məlumatlar yayılmışdı.
20:43 14.11.2025
Oxunuş sayı: 1657