The Economist: İsrail növbəti müharibədə İran rejimini devirməyə cəhd edə bilər
“The Economist” jurnalının məqaləsində bildirilir ki, İsrailin növbəti müharibədə əsas məqsədi İran hakimiyyətini dəyişdirmək ola bilər. Nəşr iki ölkə arasında baş vermiş 12 günlük müharibəyə istinad edərək, Yaxın Şərqdəki son qarşıdurmaların tam həll olunmadığını qeyd edir.
Crossmedia.az "The Econimist"ə istinadən xəbər verir ki, əgər belə bir müharibə baş verərsə, İsrailin əsas strategiyası İran rejimini zəiflətmək və dəyişdirmək üzərində qurulacaq. Eyni zamanda, Tehran bu niyyətin mövcud olduğunu dərk etdiyi halda, regiondakı qonşu ölkələrə qarşı addımlar ata və bu, ABŞ prezidenti Donald Trampın müdaxiləsi ilə gərginliyi daha da artıracaq.
Nəşr həmçinin İranın və ABŞ-nin bölgədəki rolunu analiz edir. Əgər Tramp regionda dəyişiklik tərəfdarı mövqe sərgiləyərsə, İran hakimiyyəti mövcud vəziyyəti qorumaq üçün addımlar atmaq məcburiyyətində qalacaq.
20:37 14.11.2025
Oxunuş sayı: 2026