ABŞ İranla bağlı sanksiyalara çağırış edib
ABŞ Dövlət Departamenti İranın raket və dron proqramlarına qarşı tətbiq etdiyi yeni sanksiyaların BMT-nin mövcud sanksiya çərçivəsinə uyğun olduğunu açıqlayıb. Departament sözçüsünün müavini Tomi Pigot bildirib ki, bu addım Tehranın nüvə öhdəliklərini yerinə yetirməməsinə cavab olaraq atılıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Vaşinqton BMT-yə üzv bütün dövlətləri İranın nüvə proqramına qarşı sanksiyaları tətbiq etmək öhdəliklərinə əməl etməyə çağırıb. ABŞ həmçinin İranın raket və dron təchizatı ilə əlaqəli üçüncü ölkələrdə fəaliyyət göstərən qurumlara qarşı da sanksiyaların davam etdiriləcəyini vurğulayıb.
Eyni zamanda, Almaniya, Britaniya və Fransa İranın nüvə proqramında şəffaflığın təmin edilməsinin vacibliyini önə çəkərək, mövcud sanksiya mexanizmlərinin əhəmiyyətini bir daha xatırladıblar.
20:26 14.11.2025
Oxunuş sayı: 1710