Jerusalem Post: “Xameneyinin ölümü ABŞ və İsrail üçün rejim dəyişikliyi imkanı yarada bilər”
“Jerusalem Post” İranın ali lideri Əli Xameneyinin ölümündən sonra ölkədə yaranacaq mümkün siyasi qeyri-sabitliyin ABŞ və İsrail üçün “rejimi dəyişmək baxımından nadir fürsət” ola biləcəyini yazıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Xameneyinin vəfatı hakimiyyət daxilində varislik məsələsində kəskin parçalanma, siyasi xaos və idarəetmə böhranı yarada bilər. Məhz bu mərhələdə ABŞ və İsrailin “daha incə və hədəfli strategiya” tətbiq edərək İran rejiminə təzyiqi artırmaq imkanı əldə edəcəyi qeyd olunur.
Analizdə həmçinin vurğulanır ki, Xameneyinin öldürülməsi və ya həbs edilməsi əks təsir doğuraraq ölkədə reaksiyanı gücləndirə və vəziyyəti daha da gərginləşdirə bilər. Qəzetə görə, yalnız ali liderin təbii ölümü nəticəsində hakimiyyət daxilində yaranacaq rəqabət, elitanın müxtəlif qruplara parçalanması və qərarsızlıq rejimin zəifləməsi üçün real zəmin yarada bilər.
20:03 14.11.2025
Oxunuş sayı: 1610