Çin: “İranla münasibətlərimizi daha da yaxşılaşdırmağa hazırıq”
Çin İranla münasibətləri daha da dərinləşdirməyə hazır olduğunu açıqlayıb. Bu barədə mövqe, iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 55-ci ildönümü ərəfəsində keçirilən danışıqlarda səsləndirilib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Görüş zamanı Tehran və Pekin ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. Hər iki tərəf iqtisadi, siyasi və regional məsələlərdə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Çin nümayəndələri bəyan ediblər ki, Pekin İranla strateji tərəfdaşlığı daha yüksək səviyyəyə qaldırmağa hazırdır. Tehran isə Çinin bu mövqeyini müsbət qarşılayaraq, iki ölkə arasında əlaqələrin gələcəkdə daha sürətli inkişaf edəcəyinə ümidvar olduğunu bildirib
19:59 14.11.2025
Oxunuş sayı: 1685