Netanyahu ABŞ-dən 20 illik yardım tələb edilməsi iddiasını təkzib etdi
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-dən 20 illik hərbi yardım sazişi istənilməsi barədə Axios tərəfindən yayılan məlumatı təkzib edib. O bildirib ki, İsrailin ABŞ-dən aldığı hərbi yardım “kiçik” həcmdədir və bu məsələdə məqsədləri yeni uzunmüddətli razılaşma əldə etmək deyil.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Netanyahu deyib ki, İsrailin əsas niyyəti özünün silah-sursat istehsalını “maksimum dərəcədə müstəqil” etməkdir. Baş nazirin sözlərinə görə, ölkənin müdafiə sənayesi xarici tədarükdən asılılığı azaltmaq istiqamətində inkişaf etdirilməlidir.
Açıqlama ABŞ–İsrail müdafiə əməkdaşlığı və xüsusilə də regionda davam edən gərginlik fonunda diqqət çəkib.
19:48 14.11.2025
Oxunuş sayı: 1335