Prezident Donald Tramp administrasiyası ABŞ-dakı ukraynalıların deportasiyasını planlaşdırır
Prezident Donald Tramp administrasiyası ABŞ-də yaşayan ukraynalıların deportasiyasını həyata keçirməyi planlaşdırır.
Crossmedia.az "The Washington Post"a istinadən xəbər verir ki, Tramp administrasiyası çoxsaylı ukraynalıları vətənlərinə deportasiya etməyi planlaşdırır.
Ukraynanın ABŞ-dakı səfiri Olha Stefanişina bildirib ki, səfirlik ABŞ qanunlarını pozduğuna görə deportasiya ediləcək təxminən 80 Ukrayna vətəndaşı barədə məlumatdadır.
Noyabrın 17-də Ukraynaya deportasiya olunacaq 41 yaşlı Roman Surovtsevin işi artıq məhkəmədə nəzərdən keçirilib. ABŞ Ədliyyə Nazirliyi məlumat verib ki, Surovtsev və digər ukraynalıların ölkədən deportasiyası İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tərəfindən həyata keçirilə bilər. İddiaya görə, bəzi ukraynalılara Ukrayna və ya Polşaya hərbi uçuşlar zamanı deportasiya olunacağı bildirilir.
Nəzrin Abbas
16:40 14.11.2025
Oxunuş sayı: 1148