Özbəkistanda narkotiklərlə mübarizə aparanlar təltif ediləcək
Özbəkistanda narkomaniya və narkotiklərlə bağlı cinayətkarlığa qarşı fəal mübarizə aparan vətəndaşların fəaliyyətini qiymətləndirmək məqsədilə xüsusi təşəbbüs irəli sürülüb. Belə ki, bu sahədə mühüm töhfələr verən şəxslər döş nişanı ilə təltif olunacaq.
Crossmedia.az xarici KİV-ə əsasən xəbər verir ki, təltiflər ictimaiyyəti maarifləndirmək, gəncləri zərərli vərdişlərdən qorumaq və qanunsuzluğa qarşı aktiv mövqe üçün nəzərdə tutulub.
Döş nişanı həm hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edən, həm də yerli icmalarda narkotiklərlə mübarizədə fərqlənən vətəndaşlara təqdim ediləcək.
Türkanə Məşədiyeva
09:35 14.11.2025
Oxunuş sayı: 1128