Moldova “Rus Evi” ilə bağlı sazişi ləğv edir
Moldova Parlamenti ölkədə fəaliyyət göstərən “Rus Evi” ilə bağlı sazişin ləğvini birinci oxunuşda təsdiqləyib. Qanun layihəsi hökumət tərəfindən təqdim olunub və əsas səbəb kimi “Rus Evi”nin mədəni əməkdaşlıq çərçivəsindən kənara çıxaraq Rusiya təbliğatı ilə məşğul olması göstərilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, “Moldova Parlamenti “Rus Evi”nin fəaliyyətinə dair sazişin ləğv edilməsini birinci oxunuşda təsdiqləyib. Rəsmi Kişinyov bu addımı milli təhlükəsizliyin və suverenliyin qorunması baxımından vacib hesab edir. “Rus Evi” indiyədək Rusiya dövlət agentliyi olan Rossotrudniçestvo-nun nəzdində fəaliyyət göstərirdi”.
Sazişin ikinci oxunuşda da təsdiqlənəcəyi halda, Moldova ilə Rusiya arasında bu istiqamətdə əməkdaşlıq rəsmi olaraq dayandırılacaq. Müşahidəçilər bu qərarı ölkənin Qərbyönlü siyasətinin davamı kimi qiymətləndirirlər.
Zeynəb Xuduyeva
23:57 13.11.2025
Oxunuş sayı: 1376