ABŞ İran dron və raketləri üçün hissələr tədarük edən iki Ukrayna şirkətinə sanksiya tətbiq etdi
ABŞ Maliyyə Nazirliyi İranın Ababil tipli raketləri və Shahed pilotsuz uçuş aparatlarının istehsalı üçün komplekt hissələr tədarük edən iki Ukrayna şirkətinə qarşı sanksiyalar elan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Sanksiyaya məruz qalan şirkətlər — GK Imperativ Ukraina MMC (Xarkov) və Ekofera MMC (Kiyev, Xarkov) — İran tərəfindən vasitəçi kimi istifadə olunub. Nazirliyin açıqlamasına görə, bu şirkətlər Ukraynadan aerokosmik materiallar, o cümlədən aviahorizontlar, maqnitometrlər, mühərriklər və generator hissələri alaraq İranın HESA adlı hərbi istehsalçısına ötürüblər.
ABŞ tərəfi bildirib ki, bu addım İranın dron və raket istehsal imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır.
04:43 14.11.2025
Oxunuş sayı: 1356