Paşinyan: Ermənistan illərlə Rusiyanın cibində idi
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsi uzun illər Qarabağ məsələsində konkret bir dövlətin – Rusiyanın təsiri altında qalıb.
Onun sözlərinə görə, 2018, 2019, 2020, 2021 və hətta 2022-ci illərdə Ermənistan ordusunun sosial-psixoloji vəziyyəti və düşüncə tərzi xarici amillərin təsiri altında olub.
Crossmedia.az bildirir ki, Paşinyan vurğulayıb: “Bizim orduda suveren iradə mərkəzi mövcud deyildi. Ermənistan uzun müddət başqa bir ölkənin cibində idi və bu, dövlət müstəqilliyimizə mənfi təsir göstərirdi".
Səriyyə Tağıyeva
23:46 13.11.2025
Oxunuş sayı: 1386