Türkiyə Qəzzada sülhün qorunmasını prioritet hesab edir
Türkiyənin Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zeki Aktürk bildirib ki, Türkiyə öncəliklə Qəzzada planlaşdırılmış Beynəlxalq Stabilləşdirmə Qüvvələrindən atəşkəsin qorunması üzrə təminat gözləyir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O qeyd edib ki, Türkiyə Qəzzaya yönəlmiş hər hansı konstruktiv təşəbbüsü dəstəkləməyə hazırdır.
“Biz Qəzzada davamlı atəşkəsin bərqərar olması və bölgənin bərpasını təmin edəcək beynəlxalq təşəbbüslərə prinsipial və konstruktiv töhfəmizi verməyə davam edirik,” — deyə kont-admiral bildirib.
Aktürk əlavə edib ki, ABŞ-nin rəhbərliyi altında fəaliyyət göstərən Mülki-Hərbi Koordinasiya Mərkəzi (GVCM) humanitar yardımın beynəlxalq hüquqa uyğun olaraq Qəzzaya maneəsiz çatdırılmasını təmin etməlidir.
Günel Verdiyeva
23:22 13.11.2025
Oxunuş sayı: 1669