Ermənistanda “Antifake.am” nəşrinin jurnalistləri saxlanıldı
Erməni hüquq-mühafizə orqanları müxalif yönümlü Antifake.am nəşrinin jurnalisti David Fidanianı saxlayıblar. Bu barədə jurnalistin vəkili Ruben Melikyan məlumat yayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, hüquqşünasın sözlərinə görə, müxbir ədalət mühakiməsinə mane olmaqda ittiham olunur.
Qeyd edək ki, bu gün səhər saatlarında nəşrin ofisində axtarış aparılıb və texniki avadanlıqlar müsadirə edilib. Bundan əvvəl “İmnemnimi” adlı podkastın müəllifləri Vazgen Sqatelian və Narek Samsonyan saxlanılmışdı. Samsonyan, həm də Antifake.am saytının təsisçilərindən biridir. “İmnemnimi” podkastının buraxılışları da həmin ofisdə yazılırdı.
Sqatelian və Samsonyan parlamentin spikeri Alen Simonyanın şikayəti əsasında xuliqanlıqda ittiham olunaraq saxlanılıblar.
Türkanə Məşədiyeva
22:50 13.11.2025
Oxunuş sayı: 1197