Türkiyənin Xorvatiyaya göndərdiyi yanğınsöndürmə təyyarəsi qəzaya uğrayıb - Yenilənib
Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi Meşə Təsərrüfatı Baş İdarəsinə məxsus yanğınsöndürmə təyyarəsi qəzaya uğrayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi məlumat yayıb.
Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı bildirib ki, əlaqənin kəsildiyi yanğınsöndürmə təyyarəsinin qalıqları Xorvatiyanın Senj şəhəri yaxınlığında tapılıb. Qəza zamanı pilot həlak olub.
22:39
Türkiyənin yanğınsöndürmə təyyarəsi ilə radio əlaqəsi kəsilib.
Crossmedia.az-ın məlumatına görə, bu barədə Türkiyənin Kənd və Meşə Təsərrüfatı Nazirliyi xəbər verib.
Bildirilib ki, Nazirliyin Təsərrüfatı Baş İdarəsinə məxsus iki "AT8022 yanğınsöndürmə təyyarəsinin texniki baxış üçün Xorvatiyaya uçub.
Nazirlik qeyd edib ki, iki təyyarə planlaşdırılan texniki baxış çərçivəsində Çanaqqaladan Xorvatiyanın Zaqreb şəhərinə yola düşüb, lakin əlverişsiz hava şəraiti səbəbindən gecəni Reyka Hava Limana düşüb.
"Təyyarə bu gün Türkiyə vaxtı ilə saat 17:38-də Zaqreb Hava Limanına yenidən havaya qalxıb və əlverişsiz hava şəraiti səbəbindən geri qayıdıb. Təyyarələrimizdən biri geri dönüş zamanı Reyka Hava Limanına eniş edib, digər təyyarə ilə radio əlaqəsi Türkiyə vaxtı ilə saat 18:25-də kəsilib", - deyə nazirlik bildirib.
23:11 13.11.2025
Oxunuş sayı: 1737