Rusiya ABŞ-nin nüvə sınaqlarına qayıtması halında “müvafiq addımlar” atacaq – Peskov
Rusiya ABŞ-nin nüvə sınaqlarına qayıtması halında buna “müvafiq şəkildə cavab verəcək”. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlamasında bildirib.
Crossmedia.az bu barədə TASS agentliyinə istinadən xəbər verir.
Peskov həmçinin qeyd edib ki, danışıqlar üçün imkan olmadığına görə Rusiya “xüsusi hərbi əməliyyat”ı davam etdirəcək:
“Kiyevin danışıqları dayandırmaq barədə bəyanatı onun təmasları davam etdirmək istəmədiyini rəsmiləşdirdi”.
O, Ukraynanın danışıqları davam etdirmək istəməməsini “təəssüf doğuran” adlandırıb və əlavə edib ki,
Ukrayna gec-tez danışıqlara qayıtmalı olacaq, lakin daha pis mövqedən.
Kreml sözçüsü, ABŞ senatoru Marko Rubionun “Rusiya sülh istəmir” fikri ilə razı olmadığını da bildirib:
“Rusiya sülh istəyir və Ukrayna münaqişəsinin siyasi-diplomatik yolla həllinə açıqdır”.
Günel Verdiyeva
21:18 13.11.2025
Oxunuş sayı: 1550