G7 xarici işlər nazirləri İran və ABŞ arasında birbaşa danışıqlara çağırış ediblər
Böyük Yeddilik ölkələri- Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, ABŞ, və Böyük Britaniya xarici işlər nazirləri və Avropa Birliyinin xarici siyasət üzrə ali rəhbəri çərşənbə axşamı Kanadada iki günlük görüşlərinin sonunda birgə bəyanat yayıblar.
Crossmedia.az xəbər verir ki, bəyanatda deyilir: "Biz İranı BMT Təhlükəsizlik Şurasının qətnamələrində və Nüvə Silahlarının Yayılmaması Müqaviləsindəki öhdəliklərini tam şəkildə yerinə yetirməyə çağırırıq.
Biz İranı Avropa Üçlüyünün dəstəklədiyi məsələ olan ABŞ ilə birbaşa danışıqlara başlamağa səsləyirik.
Tətik mexanizminin qanuni tətbiqindən sonra BMT-yə üzv bütün dövlətləri öhdəliklərinə əməl etməyə çağırırıq".
11:48 13.11.2025
Oxunuş sayı: 1301