Tokayev: TRIPP marşrutu Orta Dəhlizin gələcək inkişafına töhfə verə bilər
Qazaxıstan ABŞ Prezidentinin sülhməramlı təşəbbüslərini, o cümlədən Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunu (TRIPP) dəstəkləyir. Bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Vaşinqtonda ABŞ prezidenti Donald Trampla ikitərəfli danışıqları zamanı deyib. Onun sözlərinə görə, TRIPP marşrutu Orta Dəhlizin gələcək inkişafına töhfə verə bilər.
Liderlər səfər zamanı Qazaxıstan və ABŞ arasında dəyəri 17 milyard dollardan çox olan kommersiya sazişlərinin imzalanmasını alqışlayıblar. İki prezident arasında Vaşinqtonda keçirilən görüşdə Tramp ABŞ-nin Qazaxıstanla çoxşaxəli, genişləndirilmiş strateji tərəfdaşlığı daha da gücləndirmək öhdəliyini bir daha təsdiqləyib.
Söhbət zamanı ikitərəfli gündəliyin geniş spektri üzrə məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, qarşılıqlı faydalı əməkdaşlığın perspektiv istiqamətləri müəyyən edilib. Tərəflər həmçinin beynəlxalq gündəlikdəki aktual məsələləri müzakirə ediblər.
Tokayev qeyd edib ki, Amerika lideri daha təhlükəsiz, sabit və firavan dünyanın təmin edilməsinə həlledici töhfə verir.
08:58 07.11.2025
Oxunuş sayı: 1990