Əfqanıstanda güclü zəlzələ zamanı azı dörd nəfər ölüb, onlarla insan xəsarət alıb
Əfqanıstanın şimalında baş verən güclü zəlzələ nəticəsində azı dörd nəfər ölüb, onlarla insan yaralanıb. Bu barədə yerli "Afghanistan International" portalı xəbər verib. Təbii hadisənin episentrinin yerləşdiyi Balx vilayəti qubernatorunun sözçüsü Şolqara rayonunda ölüm hallarının qeydə alındığını bildirib.
Nəşr ölənlərin sayının kəskin şəkildə arta biləcəyi ehtimalını istisna etmir. CNN telekanalı ekspert hesabatlarına istinadən zəlzələdən sonra kütləvi insan tələfatı ehtimalının yüksək olduğunu da bildirib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə əhəmiyyətli dağıntılar və onlarla ölüm halları göstərilir, lakin bu məlumatın rəsmi təsdiqi yoxdur.
06:11 03.11.2025
Oxunuş sayı: 1854