Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi TASS-ın məlumatını təkzib edib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) TASS informasiya agentliyinin yayımladığı iddiaları təkzib edib.
Crossmedia.az “Minval Politika”ya istinadən xəbər verir.
Rusiya mətbuatında, o cümlədən TASS-da yayılan məlumata əsasən, 2025-ci ildə guya “Luqansk Xalq Respublikası” adlanan ərazidəki şirkətlər Azərbaycanın ixrac bazarına heyvani və bitki yağları göndərməyə başlayıb.
Qida Təhlükəsizliyi Agentliyi bildirib ki, həmin regiondan Azərbaycana yağ məhsullarının idxalı həyata keçirilmir.
Qurum qeyd edib ki, yayılan məlumat dezinformasiyadır və reallığı əks etdirmir.
Günel Verdiyeva
17:07 27.10.2025
Oxunuş sayı: 1799