Aqil Abbas: Cross Media-nı müntəzəm izləyirəm
Crossmedia.az Analitik İnformasiya Portalının fəaliyyətə başlamasından bir il keçir. Noyabrın 1-də saytın yaranmasının 1 illiyi qeyd olunacaq. İldönümü ərəfəsində redaksiyamıza təbriklər daxil olmağa davam edir.
Milli Məclisin deputatı Aqil Abbas Crossmedia.az-ın 1 yaşı ilə bağlı fikirlərini bölüşüb: "Crossmedia.az saytını tez-tez izləyirəm. Siz məndən də açıqlama alırsınız. Normal və peşəkar şəkildə fəaliyyət göstərən saytınızı təbrik edirəm. Saytınızda hər şey qaydasındadır, sensasiya və ya “feyk xəbər” deyil, daha çox cəmiyyət üçün əhəmiyyət kəsb edən məlumatlı, əsaslı materiallara üstünlük verirsiniz. Açığı, hər gün olmasa da, tez-tez baxıram saytınıza. Düşünürəm ki, siz etibarlı və obyektiv bir informasiya platformasısınız’’.
Sevinc Yarməmmədova
15:17 27.10.2025
Oxunuş sayı: 4373