Azad edilmiş ərazilərdə daha 226 mina, 5498 PHS aşkarlanıb
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (20.10.2025-26.10.2025) məlumat açıqlanıb.
Crossmedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, eyni zamanda, Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 143 piyada əleyhinə mina, 83 tank əleyhinə mina, 5498 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 1644,6 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
11:59 27.10.2025
Oxunuş sayı: 1034