İlham Əliyev: Azərbaycanla Qazaxıstan arasında siyasi təmaslar əməkdaşlığın dərinləşdirilməsi üçün zəmin yaradır
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan dövlət başçısı Kasım-Jomar Tokayevlə siyasi təmasların intensivliyinin bütün sahələrdə əməkdaşlığın dərinləşməsinə zəmin yaratdığını bəyan edib.
Crossmedia.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin Qazaxıstanın milli bayramı – Respublika Günü münasibətilə Kasım-Jomart Tokayevə göndərdiyi təbrik məktubunda deyilir:
"Siyasi təmasların intensivliyi, ali səviyyədə qarşılıqlı anlaşmanın və fəal dialoqun mövcudluğu müxtəlif sahələrdə, xüsusilə də ticari-iqtisadi, energetika, o cümlədən yaşıl enerji, nəqliyyat, investisiya, informasiya texnologiyaları, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığımızın dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır".
11:12 25.10.2025
Oxunuş sayı: 781