Azərbaycan səfiri Tacikistan parlamentinin Nümayəndələr Palatasının sədri ilə görüşüb
Bu gün Tacikistan Ali Məclisinin nümayəndələr palatasının sədri Fayzali İdizoda Azərbaycannın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Əlimirzamin Əskərov ilə görüşüb.
Bu barədə Crossmedia.az Tacikistan Ali Məclisi Milli Məclisinin mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilib ki, 1992-ci ildə ölkələrimiz arasında diplomatik münasibətlər qurulandan indiyədək əlaqələr xeyli irəliləyib. Qeyd olunub ki, Tacikistan-Azərbaycan münasibətləri adi münasibətlərdən strateji tərəfdaşlığa çevrilib
Fayzali İdizoda vurğulayıb ki, ölkələrimiz arasında münasibətlər dövlətlərarası, hökumətlərarası, idarələrarası xarakterli demək olar ki, 94 beynəlxalq müqaviləyə əsaslanır ki, bu da öz növbəsində tərəflərin diplomatik səylərinin səmərəliliyini təmin edir.
"Əsas sənədlərin, xüsusilə Tacikistanin Prezidenti Emoməli Rəhmonun 2024-cü il mayın 23-də Azərbaycana dövlət səfəri zamanı imzalanmış və iki ölkə arasında uzunmüddətli münasibətlərin inkişafına əlavə təkan verən Tacikistan ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin rolu və əhəmiyyəti xüsusi qeyd edilməlidir.
Biz regional əməkdaşlığın, xüsusən də beynəlxalq təşkilatlar çərçivəsində genişlənməsini, dərinləşməsini və möhkəmlənməsini dəstəkləyirik. Bu baxımdan BMT, Parlamentlərarası İttifaq, ATƏT, MDB, TRASEKA, İƏT və digər beynəlxalq və regional təşkilatlar çərçivəsində əlaqələrimizin səmərəliliyinin artırılması istiqamətində vahid mövqedən çıxış etməyi vacib hesab edirik.
Ölkələrimizin parlamentariləri xüsusilə qanunvericilik aktlarının qəbulu və beynəlxalq müqavilələrin ratifikasiyası yolu ilə iqtisadi, ticarət, humanitar, mədəni və digər sahələrdə əlaqələrin inkişafına töhfə verə bilərlər".
21:45 24.10.2025
Oxunuş sayı: 1248