Tixanovskaya Ermənistana səfərini ləğv etdi
Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya təhlükəsizliyindən qorxduğu üçün İrəvana səfərini ləğv edib.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Səbəb olaraq Litvanın ona mühafizə təmin etməməsi göstərilir. Vilnüs Tixanovskaya üçün hətta bir nəfər də olsun təhlükəsizlik işçisi ayırmaqdan imtina edib.
Fidan Quliyeva
18:34 24.10.2025
Oxunuş sayı: 1390