Senator: TRIPP layihəsi Azərbaycanla Naxçıvanı birləşdirəcək
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü Stiv Deyns “Cənubi Qafqazda ABŞ: Yeni strateji imkanların araşdırılması” adlı konfransda bildirib ki, TRIPP layihəsi Azərbaycanı Naxçıvanla birləşdirəcək və eyni zamanda yeni ticarət marşrutu formalaşdıracaq.
Crossmedia.az xəbər verir ki, senator Stiv Deyns TRIPP layihəsinin yeni ticarət marşrutu yaradacağını deyib.
Onun sözlərinə görə, bu layihədən Azərbaycan, Ermənistan və regionun digər ölkələri fayda əldə edəcəklər.
Senator qeyd edib ki, Corc Buş (ata) dövründən başlayaraq ABŞ-nin hər bir prezidenti Ermənistan və Azərbaycan arasında sülh təşəbbüsləri irəli sürüb, lakin onların hamısı uğursuzluqla nəticələnib.
“Tramp administrasiyası Cənubi Qafqazda sülhün əldə olunmasını prioritet hesab etdikdə, həm Ermənistan, həm də Azərbaycan ABŞ ilə unikal tərəfdaşlıq şəraitində müstəqil gələcəklərini seçdilər. Qeyd etməliyəm ki, Stiv Uitkoffun komandası bu razılaşmanın ən çətin məsələlərinin həllinə dərhal başladı”, — deyə Deyns vurğulayıb.
Günel Verdiyeva
09:16 24.10.2025
Oxunuş sayı: 1401