Yaşayış və qeyri-yaşayış binaları üçün enerji effektivliyi pasportunun alınması məcburi olacaq

Azərbaycanda yeni inşa edilən, yenidən qurulan və əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binaları üçün enerji effektivliyi pasportunun alınması məcburi olacaq.
Crossmedia.az xəbər verir ki, bununla bağlı "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanuna dəyişiklik təklif olunub.
Dəyişiklik layihəsi ikinci oxunuşda Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Layihə barədə məlumat verən komitə sədri Sadiq Qurbanov xatırladıb ki, sənədə əsasən, yeni inşa edilən, yenidən qurulan və əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binaları üçün enerji effektivliyi pasportunun alınması məcburi olacaq. Bununla belə, tarixi abidələr, yardımçı və müvəqqəti tikililər, istixanalar, anbarlar, istehsalat binaları və fərdi yaşayış evləri kimi bəzi obyektlər bu tələbdən azad ediləcək.
Bununla belə, tarixi abidələr, yardımçı və müvəqqəti tikililər, istixanalar, anbarlar, istehsalat binaları və fərdi yaşayış evləri kimi bəzi obyektlər bu tələbdən azad ediləcək.
18:33 23.10.2025
Oxunuş sayı: 1336