Zakir Həsənov Ordumuzun komando və PUA heyətlərinin döyüş hazırlığını yüksək qiymətləndirib

Özbəkistanda səfərdə olan Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov "Birlik - 2025" birgə regional təlimində ölkəmizi təmsil edən hərbi qulluqçularla görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Keçirilən təlimin ölkələrimiz arasında birgə regional fəaliyyətin effektivliyinə təsirini xüsusi vurğulayan müdafiə naziri təlimdə yüksək peşəkarlıq və bacarıq nümayiş etdirən Azərbaycan Ordusunun komando və PUA heyətlərinin döyüş hazırlığını yüksək qiymətləndirib.
General-polkovnik Z.Həsənov bu cür birgə təlimlərin ordularımızın yüksək döyüş qabiliyyətinin göstəricisi olduğunu bildirib.
Nazir təlim iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayaraq "Birlik - 2025" birgə regional təliminin yüksək səviyyədə təşkil olunmasından məmnunluğunu ifadə edib.
19:44 21.10.2025
Oxunuş sayı: 1117