Bakıda Malayziyanın Milli Günü münasibətilə rəsmi qəbul keçirilir

Bakıda Malayziyanın Milli Günü münasibətilə rəsmi qəbul keçirilir.
Crossmedia.az xəbər verir ki, Malayziyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı altında keçirilən tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə Malayziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Mohd Riza, fəxri qonaq qismində elm və təhsil naziri Emin Əmrullayev, ümumi qonaqlar arasında isə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan Milli Məclisinin üzvləri, ictima-siyasi xadimlər iştirak edirlər.
19:09 21.10.2025
Oxunuş sayı: 1086