Sahibə Qafarova: Zəngəzur dəhlizi qitələri birləşdirən mühüm nəqliyyat qovşağına çevriləcək

“Beynəlxalq Sülh və Rifah naminə Tramp marşrutu” başa çatdıqdan
sonra Zəngəzur dəhlizi qitələri birləşdirən mühüm nəqliyyat qovşağına
çevriləcək.
Crossmedia.az
xəbər verir ki, bu fikri Milli
Məclisin sədri Sahibə Qafarova Cənubi Afrika Respublikasının Keyptaun şəhərində
“Böyük iyirmilik” (G20) ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammitinin
açılış mərasimində çıxışı zamanı səsləndirib.
Çıxışında Azərbaycanın həyata keçirdiyi enerji və nəqliyyat
layihələri haqqında da Sammit iştirakçılarına məlumat verən spiker bildirib ki,
bu layihələr bir çox ölkənin enerji təhlükəsizliyinə töhfə verib və regional
bağlantıları gücləndirib.
00:51 02.10.2025
Oxunuş sayı: 967