İlham Əliyev "Qarabağ"ı təbrik edib

Prezident İlham Əliyev "Qarabağ"
klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda Danimarkanın
"Kopenhagen" klubu üzərində 2:0 hesablı qələbə qazanması münasibətilə
təbrik edib.
Crossmedia.az xəbər verir ki, təbrikdə deyilir:
Danimarka çempionu "Kopenhagen" futbol klubu üzərində inamlı qələbə qazanması münasibətilə "Qarabağ" futbol klubunu, bütün Azərbaycan futbol ictimaiyyətini ürəkdən təbrik edirəm. Planetin ən güclü klub turnirinin əsas mərhələsində 2 oyunda 2 parlaq qələbə əldə edən "Qarabağ" dünya futbolunun nəhəngləri ilə ilk pillələri bölüşməklə xalqımızı qürurlandırmaqda davam edir.
23:15 01.10.2025
Oxunuş sayı: 857