Rafael Hüseynov: Ukraynanın müdafiəçiləri günü xüsusi rəmzi məna daşıyır

Ukraynanın müdafiəçiləri günü xüsusi rəmzi məna daşıyır.
Crossmedia.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Rafael Hüseynov
Ukraynanın Azərbaycandakı səfirliyinin ölkənin Müstəqillik Günü və müdafiəçilər
günü münasibətilə təşkil etdiyi tədbirdə çıxışında deyib.
O qeyd edib ki, bu bayram bu gün vətən
qarşısında fədakarlıq, azadlıq və müstəqillik uğrunda mübarizə aparan
insanların şücaətinə hörmət və ehtiramın təcəssümüdür:
"Azərbaycan xalqı olaraq biz yaxşı
bilirik ki, müstəqillik və ərazi bütövlüyü hər bir xalq üçün necə müqəddəsdir.
Bu dəyərləri qorumaq uğrunda göstərilən qəhrəmanlıq ən yüksək qiymətə
layiqdir".
Vitse-spiker vurğulayıb ki, Azərbaycan
ilə Ukrayna arasında dostluq və əməkdaşlıq münasibətləri dərin tarixi köklərə
malikdir.
"Müstəqillik illərində ölkələrimiz
siyasi, iqtisadi, humanitar sahələrdə sıx əməkdaşlıq etmiş, beynəlxalq
təşkilatlar çərçivəsində həmişə bir birini dəstəkləyiblər. Bu gün də
ölkələrimizi qarşılıqlı hörmət, etimad və strateji tərəfdaşlıq ruhu
birləşdirir. Hazırda bu sağlam əsaslar üzərində qurulmuçş münasibətlər inkişaf
edir və yeni məzmunla zənginləşir. Məhz Azərbaycan və Ukrayna prezidentləri
İlham Əliyevin və Volodimir Zelenskinin görüşləri, imzalanan sənədlər və birgə
bəyanatlar ölkələr arasında münasibətlərin möhkəm təməllərini yaradıb. Ərazi
bütövlüyü və suverenlik məsələlərində ölkələrimizin beynəlxalq hüququn norma və
prinsiplərinə uyğun olaraq qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirməsi
təqdirəlayiqdir", - o əlavə edib.
23:24 01.10.2025
Oxunuş sayı: 894