Heydər Əliyev adına Hərbi İnstitutda NATO proqramı çərçivəsində treyninq keçirilir

Milli
Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev
adına Hərbi İnstitutda NATO-nun "Müdafiə Təhsilinin Genişləndirilməsi
Proqramı" (DEEP) çərçivəsində “Müəllimlərin təkmilləşdirilməsi
treyninqi”nin üçüncü mərhələsi keçirilir.
Crossmeida.az xəbər
verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat yayılıb.
Bildirilib
ki, MMU və onun tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil
müəssisələrinin müəllim heyətinin iştirakı ilə təşkil olunan tədbirlər “Dərsin
planlaşdırılması və tədris proqramının hazırlanması” modulunu əhatə edir.
20:42 01.10.2025
Oxunuş sayı: 671