Hindistan fransız şirkəti ilə müştərək reaktiv qırıcı mühərrikləri istehsal edəcək

Hindistanın müdafiə naziri Rəcənt Sinq ölkədə reaktiv qırıcılar üçün mühərriklərin hazırlanması və istehsalı sahəsində fransız şirkəti ilə əməkdaşlıq etdiklərini açıqlayıbə
Crossmedia.az bildirir ki, may ayında nazir Hindistanın təkmilləşdirilmiş 5-ci nəsil orta döyüş təyyarəsi (AMCA) prototipini təsdiqləyib və bunu “Hindistanın yerli müdafiə potensialının gücləndirilməsində əhəmiyyətli bir addım” adlandırıb.
Sinq cümə günü Yeni Dehlidə keçirilən konfransda ölkədə reaktiv qırıcı mühərriklərinin hazırlanması ilə bağlı daha ətraflı məlumat verib: “Biz təyyarə mühərriklərini Hindistanda istehsal etməyi planlaşdırırıq. Mühərrik istehsalına başlamaq üçün Fransız şirkəti ilə əməkdaşlıq edirik”, — deyə nazir bildirib.
O, şirkətin adını çəkməyib, amma Hindistan mediası məlumat yayıb ki, bu şirkət Safran ola bilər, hansı ki, onlar onilliklərdir Hindistanda aviasiya və müdafiə sektorlarında fəaliyyət göstərirlər.
Mehriban Yariyeva
16:10 23.08.2025
Oxunuş sayı: 716