Alis Vaydel Alman qoşunlarının Ukraynaya göndərilməsinə qarşı çıxdı

Almaniyanın “Almaniya üçün Alternativ” (AfD) partiyasının həmsədri Alis Vaydel Alman qoşunlarının Ukraynaya göndərilməsi ehtimalına sərt etirazını bildirib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, onun sözlərinə görə, belə bir addım Rusiya ilə eskalasiyaya səbəb ola və Avropanın təhlükəsizliyini zəiflədə bilər.
Vaydel həmçinin qeyd edib ki, ABŞ münaqişədən “kənara çəkildiyi” halda Avropa İttifaqı daha həssas vəziyyətə düşəcək. O, Ukrayna prezidenti Volodimir Zelenskini Qərb tərəfindən aldanmış “faciəvi fiqur” adlandırıb və 2022-ci ildə İstanbulda razılaşdırıla biləcək, lakin rədd edilən sazişin Ukrayna üçün əhəmiyyətli bir fürsət olduğunu vurğulayıb.
Pərvin Hacıyeva
15:25 23.08.2025
Oxunuş sayı: 795