Zelenski ilə birlikdə ABŞ-yə Trampla görüşə yollanacaq liderlər məlum oldu

Ursula fon der Lyayen Donald Tramp və Volodimir Zelenskinin avqustun 18-də keçiriləcək görüşündə iştirak etmək niyyətində olduğunu bildirib.
Bundan başqa, Zelenski ilə birlikdə Ağ Evə Trampla görüşə yollanacaq liderlər arasında Almaniya Kansleri Fridrix Merts, Fransa Prezidenti Emmanuel Makron, Finlandiya Prezidenti Aleksandr Stubb, İtaliyanın Baş naziri Corciya Meloni, Böyük Britaniyanın Baş naziri Kir Starmer və NATO-nun baş katibi Mark Rütte də var.
21:40 17.08.2025
Oxunuş sayı: 583